"Altın Kelebek” mükafatlarına Azərbaycandan namizəd göstərilənlərin kimliyi bəlli olub.
AZXEBER.COM "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı "Pantene Azərbaycan” instaqram hesabında paylaşım edilib.
"Ulduzu parlayanlar" kateqoriyasında namizədlər "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi, aparıcı Kəmalə Piriyeva və bloger Nəcibə Əhmədi olub.