Reytinq birincisi "Uzak Şehir" serialında baş rollardan biri olan "Alya" obrazının ilk olaraq Esra Bilgiçə təklif olunduğu ortaya çıxıb.
AZXEBER.COM türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu aktrisa özü jurnalistlərə müsahibəsində açıqlayıb.
"Mən ssenarini sevərək oxudum, uğurlu alınacağına da əmin idim. "Alya" rolunu qəbul etməməyimin başqa səbəbləri var idi. Hazırkı dostlarım çox uğurludur. Mən onların uğurlarını qürurla izləyirəm. Uğurları bol olsun. Hər kəs rola çox uyğun gəldi. Hər kəsin öz şansı var, buna mane ola bilməzsən. Daha bunu danışmağın bir önəmi yoxdur" deyə aktrisa cavabında bildirib.
Aysel