Alyaska Rusiyaya qaytarılası olmadı

DÜNYA
10:00 21.04.2014
1076
Ağ Ev Alyaska Ştatının Rusiyaya qaytarılması ilə bağlı petisiyanı rəsmi internet səhifəsindən çıxarıb. 
AZXEBER.COM-un məlumatına görə, elektron petisiya lazımı qədər səs toplaya bilməyib.ABŞ rəhbərliyinin petisiya ilə bağlı bəyanat verməsi üçün 100 minə yaxın səsə ehtiyac var idi. Alyaskanın Rusiyaya birləşdirilməsi haqqında petisiya martın 21-də dərc olunub. Müraciətə əsas kimi, Sibir sakinlərinin hələ yüz illər əvvəl Berinq boğazı ilə Alyaskaya keçdiyi və rusların 1732-ci ildə Alyaskanı kəşf etmiş ilk avropalılar olduğu göstərilib.Xatırladaq ki, bundan əvvəl 2012-ci ilin noyabr ayından oxşar petisiya lazım olan səs sayını yığa bilmişdi. Texasın Birləşmiş Ştatlardan ayrılmasına dair petisiyaya 125-min nəfər səs versə də, Ağ Ev rəsmiləri bunun konstitusiyaya zidd olunduğu bildirib.
OXŞAR XƏBƏRLƏR