Xalq artisti Amaliya Pənahova imicində dəyişiklik edib.
Axşam.az-ın məlumatına görə, aktrisa saçlarını uzadaraq onları qırmızı rəngə boyayıb.
Xalq artistinin fotolarını aktyor-aparıcı Sərxan Kərəmoğlu paylaşıb.
Qeyd edək ki, A.Pənahovanın plastik əməliyyat etdirməsi ilə bağlı məlumat yayılmışdı. Xalq artisti səhnə adamı olduğunu və baxımlı görünmək üçün əməliyyat olunduğunu bildirmişdi.

