Amöb virusu ilə bağlı XƏBƏRDARLIQ: Beyin ölümünə səbəb olur

Amöb virusu ilə bağlı XƏBƏRDARLIQ: Beyin ölümünə səbəb olur
DÜNYA
14:53 23.09.2022
1084
Koronavirus epidemiyası və meymunçiçəyi səbəbiylə çox çətin günlər keçirən dünya ictimaiyyəti qlobal iqlim böhranı nəticəsində yarana biləcək yeni viruslardan da narahatdır. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər ABŞ-da bir çox insanın həyatına son qoyan "beyin yeyən amöb" ilə bağlı xəbərdarlıq ediblər. 

Belə ki, ekspertlər qlobal iqlim böhranının dərinləşməsi ilə beyin yeyən amöblərin artacağını bildirirlər. Bu amöblərin burundan girərək beyni məhv etdiyi bildirilib.

Xatırladaq ki, keçən ay Nebreska ştatında Elkhorn çayında çimməyə gedən uşağın ölümünə beyin yeyən amöb səbəb olub.

Qeyd edək ki, beyin yeyən amöbə ölkəmizdə indiyə qədər rast gəlinməyib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR