AMEA Ədə­biy­yat İnstitutunda Azərbaycan mühacirət ədə­biy­­yatı şö­bə­si yaradılıb

MƏDƏNİYYƏT
10:40 18.10.2013
1612

AMEA Rəyasət Heyətinin Mərkəzi aparatında və onun tabeliyində olan qurumlarda kargüzarlıq sahəsində mövcud nöqsanların aradan qaldırılması barəsində təkliflər olub.

AZXEBER.COM xəbər verir ki, bununla yanaşı, işin daha da təkmilləşdirilməsi, vahid sistem və formaya uyğunlaşdırılması üçün vahid normaları özündə cəmləşdirən belə bir sənədə zərurətin çoxdan yaranması haqda məlumat verilib.Təlimat Rəyasət Heyəti tərəfindən qəbul olunub.AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullanın çıxışı əsasında “M.F.Axundzadə Ensik­lo­pe­di­ya­sı”nın hazırlanmasına dair redaksiya heyətinin tərkibi təsdiq olunaraq, həmçinin, Milli Azərbaycan Tarixi Muzeyi, Ədəbiyyat və Folklor institutlarının elmi şuralarının tərkibində qismən dəyişiklik edilib. AMEA-da aparılan islahatların davamı olaraq Dilçilik İnstitutunun yeni strukturu müəyyən olunmuş, Ədə­biy­yat İnstitutunda Azərbaycan mühacirət ədə­biy­­yatı şö­bə­si yaradılıb. AMEA-nın müxbir üzvü Arif Məlikovun anadan olmasının 80, AMEA-nın müxbir üzvü Teymur Kərimlinin isə 60 illik yubileyləri ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi barədə qərar qəbul edilib.Daha sonra, Rəyasət Heyəti Mərkəzi aparatının Təhsil və kadrlar şöbəsinin rəisi Sara Əfəndiyeva çoxillik qüsursuz və səmərəli əmək fəaliyyəti nəzərə alınaraq, həmçinin 80 illik yubileyi ilə əlaqədar olaraq AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib.AMEA prezidentinin müşaviri Rəhim Hüseynov tutduğu vəzifədə qalmaqla Rəyasət Heyəti Mərkəzi aparatının İnnovasiya şöbəsinin rəisi vəzifəsinə təyin edilib.Mərkəzi aparatın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Həsənov vəzifəsindən azad edilib. Bu vəzifəyə Geologiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev təyin olunub.

OXŞAR XƏBƏRLƏR