AMEA-nın əməkdaşlarının böyük hissəsi işdən çıxarıldı

AMEA-nın əməkdaşlarının böyük hissəsi işdən çıxarıldı
SOSİAL
12:08 04.10.2022
255
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından sonra irəli gələn vəzifələr həyata keçirilir”.

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nin vitse-prezidenti akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, yeni Nizamnamənin təsdiq edilməsi üçün Ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

Akademik onu da əlavə edib ki, yeni strukturla işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans, həmçinin Rəyasət Heyətinin say tərkibində də eynidir.

AMEA-nın hüquqi statusuna da toxunan İ. Həbibbəyli qeyd edib ki, AMEA respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi-tədqiqat nəticələrini ümumiləşdirən, buna müvafiq qərarlar çıxaran orqandır.
OXŞAR XƏBƏRLƏR