Amerikalı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi

DÜNYA
00:05 15.12.2019
7233
Floridadan olan Ariana Rey Delf "Epşteyn-Barr” virusu nəticəsində yaranan infeksion mononukleoza görə 17 yaşında dünyasını dəyişib. Yoluxma adətən tüpürcək yolu ilə yoluxduğundan bu xəstəliyə "öpüş xəstəliyi” də deyilir.

Bu barədə "Rossiyskaya Qazeta” xəbər verib.

Valideynləri bildirirlər ki, qız əvvəlcə baş ağrısı və ciddi yorğunluqdan şikayət edib. Sonra onda üç həftə ərzində qrip əlamətləri görünüb. Həmin vaxt tibb işçiləri ona diaqnoz qoya bilməyiblər.

Amerikalı qızda qusma halları başlayanda isə xəstəxanaya yerləşdirilib. Xəstəxanada 17 yaşlı qızda beyinə ciddi zərər vuran insult qeydə alınıb. İlk simptomlardan üç həftə sonra pasient vəfat edib.

Tibb işçilərinin sözlərinə görə, bu xəstəliklərindən ölüm halları da çox nadir qeydə alınır. Qızda xəstəliyin belə ağırlaşmasının nə ilə əlaqədar olduğu barədə mütəxəssislər rəy verməyiblər.

Qeyd edək ki, "Öpüş xəstəliyi” adətən uşaqlarda görünür, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi və qızdırma ilə müşahidə edilə bilir. Xəstəliyin yoluxaraq inkişaf etməsi və müddəti isə ona yoluxan adamın ümumi müqavimətindən asılı olur. Xəstəlik 2 həftə gizli qalır və özünü insanlarda boyun limfa düyünlərinin böyüməsi ilə göstərir. Sonra virus limfadan qan vasitəsilə bütün orqanizmə yayılır və badamcıqların böyüməsi, boğazda qızartı, yüksək qızdırma ilə müşayiət olunur. 20% xəstələrdə qara ciyərin böyüməsi müşahidə edilir. Öpüş xəstəliyi insanda 7-8 gün 39-39,5 qızdırma ilə müşahidə edilir. Xəstəliyin əlamətləri isə heç bir antibiotik vasitəsilə aradan qalxmır. "Öpüş xəstəliyi” ağır gedişə malik olan xəstəliklərdən hesab edildiyinə görə diaqnozun təsdiq edildiyi şəxsi ən azı 15 gün ətrafdakılardan tədric eləmək lazımdır. Xəstəlik zamanı dalağın və qara ciyərin böyüməsinı nəzərə alaraq mütləq həkimə müraciət etmək və xəstənin istifadə etdiyi bütün əşyaları ayırmaq lazımdır.(oxu.az)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

18:31 06.08.2020

Qurban Məmmədovun “konfederasiya” və “federasiya” ilə bağlı fikirlərinin arxasında hansı maraq dayanır?

18:19 06.08.2020

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

18:08 06.08.2020

Kiyevdə erməninin azərbaycanlı tələbələrə silahlı hücumunun görüntüləri ortaya çıxıb - VİDEO

17:59 06.08.2020

“Lavanguardia” qəzeti: Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil

17:55 06.08.2020

Azərbaycana xaricdən 215 həkim gətirilib

17:53 06.08.2020

Sərdar Ortaç Ağamirzənin "Ana" qəzəlini dedi - VİDEO

17:51 06.08.2020

Mikayıl Cabbarov: “Valyuta məzənnəsi tam sabitdir, xarici və daxili dövlət borcu artmayıb”

17:42 06.08.2020

Baş Nazir: "Azərbaycanda yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq"

17:35 06.08.2020

190 manat kimlərə veriləcək? - Nazirlikdən açıqlama

X Mostbet