Amerikalı qrossmeyster Azərbaycan vətəndaşı ola bilər

İDMAN
14:00 30.10.2012
1229
Azərbaycanın şahmat üzrə yığması amerikalı qrossmeysterlə zənginləşəcək.
AZXEBER.COM-un "Azerisporta”a istinadən verdiyi məlumata görə, FİFA-nın reytinqində 11-ci yerə sahib olan amerikalı qrossmeyster Qata Kamski Azərbaycan vətəndaşlığını qəbul edə bilər.Azərbaycan yığma komandasının kapitanı Vladimir Tukmakov Vüqar Həşimovun gedişindən sonra əhəmiyyətli dərəcədə zəifləyən yığmanın gücləndirməyin yollarını axtarır.Komandanı kapitanı hesab edir ki, Olimpiadada qalib gəlmək üçün milli yığmaya 3 güclü şahmatçı lazımdır.Qata Kamskiyə gəlincə isə (əsl adı Qataulla Sabirov) o, 1974-cü ildə Novokuzneskdə anadan olub. 1989-cu ildə vaildeynləri ABŞ-dan siyasi sığınacaq istəyiblər. 1996-cı ildə FİDE-nin versiyası üzrə dünya çempionu adı uğrunda Anatoli Karpovla oynayıb. Oyunda 7,5:10,5 hesabı ilə məğul olub.Azərbaycan şahmat yığmasına keçəcəyi halda isə Kamski komandanın tərkibində ilk vətəndaşlıq almış legioner olacaq. Bununla da o, 2014-cü ildə Tromsda və 2016-cı ildə Bakıda keçiriləcək Olimpiada da iştirak edə biləcək.

OXŞAR XƏBƏRLƏR