Amerikalı reper polisin təqibi zamanı yaralanaraq dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Atlanta polisi Young Scooter kimi tanınan Kennet Edvard Beylinin ad günü gecəsi Atlantanın cənub-şərqində baş verən insidentdə öldüyünü bildirib.
Reperin ayağından aldığı güllə yarasından vəfat etdiyi bildirilsə də onun güllə yarasını necə aldığını müəyyən edə bilməyib.
Polis ölümün səbəbini müəyyən etmək üçün yarılma nəticələrini gözlədiklərini bildirib.
Gülay