Amerikalı reperin ayaqqabısı hərracda 1,8 milyon dollara satılıb

MARAQLI
20:11 27.04.2021
565
Amerikalı reper Kanye Uestin idman ayaqqabısı hərracda rekord məbləğə - 1,8 milyon dollara satılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Sotheby's” satış evinin "Twitter” səhifəsində məlumat yayılıb.

2008-ci ildə Kanye Uestin "Nike” kompaniyası ilə əməkdaşlığı nəticəsində ərsəyə gələn bir cüt "Nike Air Yeezy 1” idman ayaqqabısı reperin əsasını qoyduğu və kolleksiyaçılar arasında indiyə qədər də yüksək qiymətləndirilən "Yeezy” markasının başlanğıcı olub. 2015-ci ildən "Yeezy” markası "Adidas” kompaniyası tərəfindən istehsal edilir.

Haqqında söhbət gedən qara rəngli idman ayaqqabısı Kanye Uestlə "Nike” kompaniyasının dizaynerləri Mark Smit və Tiffani Birs tərəfindən hazırlanıb və eksklüziv olaraq müğənninin özü üçün yalnız bir nüsxədə buraxılıb. Reper ilk dəfə bu ayaqqabı ilə 2008-ci ildə "Grammy” mükafatının təqdimetmə mərasimində səhnəyə çıxıb. Sonradan bu nüsxə Oreqon ştatının xəstəxanalarından birinə dəstək məqsədilə xeyriyyəçilik hərracında satışa çıxarılıb və bu günə qədər fərdi kolleksiyada saxlanılıb.

Reperin idman ayaqqabısı aprelin 21-26-da Honkonqda keçirilən hərracda nadir kolleksiya ayaqqabılarının alış-satışı ilə məşğul olan "Rares” kompaniyası tərəfindən 1,8 milyon dollara alınıb.

Qeyd edək ki, indiyə qədər ən bahalı idman ayaqqabısı "Chicago Bulls” basketbol klubunun əfsanəsi Maykl Cordanın 1985-ci ildə geyindiyi ağ-qara rəngli "Nike Air Jordan 1” idi. O, 2020-ci ilin may ayında "Sotheby's” satış evinin Nyu-Yorkda keçirdiyi hərracda 560 min dollara satılmışdı.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi