Amerikalı rokerlər Çingiz Mustafayevdən danışdı - FOTO
DÜNYA
15:33 02.09.2014
1208
ABŞ-ın məşhur “Bon Jovi" rok qrupu üzvlərinin oxşarları Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevdən danışıblar.Bir neçə gün əvvəl Şəkidə startı Çingiz Mustafayevin ad gününə təsadüf edən CAUCASUS MOTO FESTi-nə qatılan qrup üzvləri maraqlı açıqlamalar veriblər:"Bu Moto Fest çərçivəsində konsert proqramında iştirak etdiyimizə görə şərəf hissi keçiririk. Çingiz Mustafayev kimi böyük insan təkcə Azərbaycanın Milli Qəhrəman deyil. Biz inanırıq ki, o bir çox digər ölkələrdə də qəhrəman kimi qəbul ediləcək".Qrup üzvləri əyinlərinə Milli Qəhrəman Çingiz Mustafayevin şəkili əks olunan köynəklər geyinərək kamera qarşısına keçiblər.Xatırladaq ki, avqust ayının 29-30-da Şəkidə Qafqazın ilk Moto Festivalı keçirilib. Festivalın açılışı Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edib.