Amerikalı senator İsrailə çağırış etdi - Qəzzada qətliamı dərhal dayandırın

DÜNYA
13:04 16.10.2024
264
ABŞ-də senator Bernie Sanders İsraili vəhşiliyə son qoymağa çağırıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, senator açıqlamasında İsrailə silah ixracının dayandırılması ilə bağlı qanun layihəsinin noyabrda toplanacaq Senatda dərhal səsə qoyulması üçün addımlar atacağını qeyd edib.
 
Bunun üçün isə dərhal Baydenin hərəkətə keçməsinin zəruriliyini bildirilib.

"İsrail Fələstin xalqına qarşı apardığı hərtərəfli müharibədə aclıqdan silah kimi istifadə etməklə ABŞ qanunlarını və beynəlxalq hüququ açıq şəkildə pozur”, - Sanders açıqlamasında əlavə edib.
 
ABŞ mətbuatı dövlət katibi Antoni Blinken və müdafiə naziri Loyd Ostinin imzaladığı məktubda israilli həmkarlarına humanitar yardımların Qəzzaya daxil olmasına icazə verilməklə vəziyyətin yaxşılaşdırılmasının lazım olduğunu, əks halda İsrailə hərbi yardımın bir hissəsinin İsrailə göndərilə biləcəyini bildirib.

13 oktyabr tarixli məktubda Qəzzada humanitar fövqəladə vəziyyətin getdikcə pisləşdiyi və humanitar yardımların qarşısının alınmaması lazım olduğu qeyd edilib.

ABŞ nazirləri, prezident Co Baydenin açıqladığı memoranduma uyğun olaraq, Qəzzaya 30 gün ərzində humanitar yardımın çatdırılmasının və beləliklə, bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılmasının, əks halda bu vəziyyətin ABŞ-ın müvafiq qanunlarını pozduğunun müəyyən edilməsinin vacibliyini vurğulayıblar.

ABŞ Xarici Yardım Aktının 620 I maddəsinə əsasən, ABŞ administrasiyası humanitar böhranın olduğu bölgələrə humanitar yardımın, xüsusilə ərzaq və dərmanların daxil olmasına mane olan ölkələrə silah yardımını dayandıra bilər.

Mikayıl
OXŞAR XƏBƏRLƏR