Amerikalı senator Mahmud Əhmədinejatı meymunla müqayisə etdi

Amerikalı senator Mahmud Əhmədinejatı meymunla müqayisə etdi
DÜNYA
08:33 05.02.2013
1312
Amerikalı respublikaçı senator Con Makkeyn İran prezidentini meymunla müqayisə edib.AZXEBER.COM-un məlumatına görə, onun bu müqayisəsi İran liderinin Kosmosa uçmaq niyyətini açıqlamasından sonraya təsadüf edib. “Beləliklə, Mahmud Əhmədinejat Kosmosa yollanan ilk iranlı olmaq istəyir. Bəs o keçən həftə orda olmamışdımı?”, - Con Makkeyn Twitter-də yazıb.Senator bunu yazarkən bir həftə əvvəl İranın Kosmosa meymun göedərməsini nəzərdə tutub. Kosmosa meymun göndəriplməsi İranın Kosmosa insan göndərmək istiqamətində atdığı ilk addım idi. Mahmud Əhmədinejat isə ilk iranlı kosmonavt olmağa hazır olduğunu bəyan edib.
OXŞAR XƏBƏRLƏR