Amerikalılara qan udduran erməniyə 937 il həbs cəzası - FOTO

Amerikalılara qan udduran erməniyə 937 il həbs cəzası -  FOTO
DÜNYA
18:00 21.04.2014
2428
"Erməni gücü" cinayətkar bandanın başçısı 57 maddə ilə ittiham olunur
Amerikanın Los-Anceles ştatının federal məhkəməsi 38 yaşlı Mqera Darbinyana 937 il həbs cəzası kəsə bilər.
ANS PRESS-in məlumatına görə, erməni amerikalıya 57 maddə ilə ittiham irəli sürülüb. Darbinyan cinayət qruplaşmasının təşkilində, dələduzluq və şantaj, bank dələduzluğunda, kredit kartlarla dələduzluqda, şəxsi məlumatların oğurlanmasında, əvvəlki cinayət işləri ilə əlaqədar ona qadağan olunan odlu silah saxlamaqda günahlandırılır. Darbiyanın hökm qərarı 14 iyulda çıxarılacaq.
Amerikalı erməni həmçinin həbsxanada olduğu müddətdə meksikalı mafiya üzvləri ilə cinayətkar əməkdaşlıq etməkdə ittiham edilir. "Kapone", "Keps", "Hollivudlu Mayk" ləqəbləri ilə tanınan Mqera Darbinyan "Erməni gücü" cinayətkar qruplaşmanın başçısıdır. Sözügedən cinayətkar banda əsasən Ermənistandan miqrasiya etmiş 200-250 gənc ermənilərlə formalaşır.
Baş prokurorluq "Erməni gücü" təşkilatının törətdiyi cinayətləri və vətəndaşlara vurduğu ziyanları Amerika tarixində ən nəhəng cinayət işi adlandırıb. Bandanın üzvlərinin həbsi bir çox ştatlarda həyata keçirilib və bu illər ərzində 85 cinayətkar mühakimə olunub. İki nəfər məhkəmə ərəfəsindədir, iki nəfər isə qaçıb. Dəstənin bir üzvü barəsində açılmış cinayət işinə xitam verilib.
Erməni bandası 1980-ci illərdə Hollivudun şərqində yaradılıb. Cinayətkar dəstənin bu illər ərzində Amerika vətəndaşlarına milyonlarla ziyan vurduqları bildirilir.
OXŞAR XƏBƏRLƏR