Müğənni Amina Şirinin Özbəkistanda konsert proqramı ilə çıxış edib.
AZXEBER.COM xəbər verir ki, sənətçi paytaxt Daşkəndin ən böyük və əsas sarayı hesab olunan "Xalq Dostluğu Sarayı”nda tamaşaçı qarşısına çıxıb.
Amina gecədə sevilən mahnıları ilə yanaşı, Rus və Türk dilində də ifalar səsləndirib.
Konsertdən sonra hisslərini bölüşən Amina bu sözləri qeyd edib:
"Özbək xalqının qarşısında, Daşkənddə yerləşən "Xalqlar Dostluğu Sarayı" səhnəsində çıxış etmək mənim üçün böyük şərəf və unudulmaz bir an oldu. Bu möhtəşəm gecədə hiss etdiyim sevgi və alqışlar qəlbimdə dərin iz buraxdı. Səmimi qarşılanma və sonsuz dəstəyə görə bütün özbək xalqına sonsuz təşəkkürümü bildirirəm".
Aysel
Bu gönderiyi Instagram'da gör










































