"Amnesty International" Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırmayıb

"Amnesty International" Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırmayıb
SİYASƏT
15:08 06.03.2015
1335
Təşkilat bu barədə yayılan məlumatları təkzib edib
Amnesty International" təşkilatı "Bakı 2015" I Avropa Oyunlarını boykot etməyə çağırmayıb. APA-nın xəbərinə görə, bunu "Amnesty International"ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusen bildirib.
Məsələ ilə bağlı təşkilatın bəyanatında deyilir ki, "Amnesty International"ın sonuncu hesabatı açıqlandıqdan sonra Azərbaycan və Ermənistan mətbuatında qurumun I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayılıb: "Təşkilat öz hesabatında, ona əlavə edilən press-relizdə və yaxud bu hesabatla bağlı KİV-lərə hər hansı müsahibə zamanı oyunları boykot etməyə çağırmayıb".
OXŞAR XƏBƏRLƏR