"Amnistiya ailələrə sevinc gətirir, cəmiyyətə isə məsuliyyət və ümid aşılayır" - Deputat

"Amnistiya ailələrə sevinc gətirir, cəmiyyətə isə məsuliyyət və ümid aşılayır" - Deputat
SİYASƏT
11:51 23.12.2025
126
"Azərbaycan Respublikasında Amnistiya Aktının icrasına başlanılması dövlətimizin hüquqi və humanist dəyərlərə sadiqliyinin bariz göstəricisidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, amnistiya aktı dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın ifadəsidir:

"Bu mühüm sənəd, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial ədalət və insanpərvərlik siyasətinin davamı olaraq, yüzlərlə vətəndaşın ailələrinə qovuşmasına, cəmiyyətə inteqrasiyasına imkan yaradır. Amnistiya Aktı təkcə bir hüquqi sənəd deyil, həm də dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın ifadəsidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan humanist dövlətçilik ənənələri bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Amnistiya Aktı da məhz bu ideoloji xəttin insan və onun hüquqlarının ali dəyər kimi qəbul edildiyinin növbəti sübutudur”.

Parlamentari vurğulayıb ki, amnistiya aktı cəmiyyətə məsuliyyət və ümid aşılayır:

"Bu qərar həm də Azərbaycan cəmiyyətinin mənəvi dəyərlərinə, mərhəmətə, bağışlanmağa və yenidən başlamağa inamın dəstəklənməsinə xidmət edir.
Amnistiya ailələrə sevinc gətirir, cəmiyyətə isə məsuliyyət və ümid aşılayır. Bu, həm də Azərbaycan dövlətinin hüquqi, sosial və mənəvi əsaslarının gücləndirilməsi baxımından strateji önəm daşıyır. İnanırıq ki, azadlığa çıxan şəxslər verilən bu etimadı doğruldacaq və cəmiyyətə daha məsuliyyətli şəkildə qayıdacaqlar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR