"Amnistiya aktı Prezidentin vətəndaşlara olan xüsusi qayğı və diqqətinin təzahürüdür"

"Amnistiya aktı Prezidentin vətəndaşlara olan xüsusi qayğı və diqqətinin təzahürüdür"
SİYASƏT
15:15 22.12.2025
607
"Dövlət və millət qarşısında göstərilən xidmətlər unudulmur. Hər bir vətəndaş cənab Prezident İlham Əliyevin diqqət və nəzarətindədir. Amnistiya aktı Prezidentin vətəndaşlara olan xüsusi qayğı və diqqətinin təzahürüdür”.

Bu sözləri AZXEBER.COM-açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib.
 
O deyib ki, bu akt Azərbaycan tarixinin qızıl amnistiyasıdır:

"Azərbaycan tarixində qəbul edilmiş ən böyük amnistiya aktıdır və on minlərlə insana şamil ediləcək. Bu amnistiya aktının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Konstitusiya və Suverenlik İlinin son günlərində bu aktın qəbul edilməsi, dövlətimizin vətəndaşlarına qarşı göstərdiyi humanizmin bariz nümunəsidir. Hər hansı bir şəraitdə yanlışa yol vermiş, cəmiyyət üçün böyük təhlükə törətməyən, qanunazidd əməllərə görə məsuliyyətə cəlb olunmuş şəxslərə, eyni zamanda müharibə iştirakçılarına, şəhid ailələrinə və digər sosial kateqoriyalara bu amnistiya aktının kütləvi və total formada şamil edilməsi xalqın həmrəyliyinə və birliyinə səbəb olacaq, bayrama bayram qarışacaq”.

GAP sədri vurğulayıb ki, amnistiya cənab Prezidentin apardığı humanizmin bariz nümunəsidir:

"Prezidentin apardığı humanizm siyasətinin və dövlətin vətəndaşlarına qarşı mərhəmət prinsiplərinə əsaslanan yanaşmasının açıq göstəricisidir. Bu, cənab Prezidentin vətəndaşlara qarşı həyata keçirdiyi humanist siyasətin aydın və göz önündə olan nümunəsidir. Hesab edirəm ki, tarixə "qızıl amnistiya” kimi düşəcəkdir”.

"Amnistiya aktı digər tərəfdən cəzaçəkmə müəssisələrində yükün azalmasına səbəb olacaq. Bu isə dövlət büdcəsi üçün qənaət deməkdir”,-deyə Ağasif Şakiroğlu bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR