“Amnistiyaya daha çox qadın və uşaqlar düşmək istəyir” - Hüquq müdafiəçisi

“Amnistiyaya daha çox qadın və uşaqlar düşmək istəyir” - Hüquq müdafiəçisi
SOSİAL
15:37 20.05.2016
1548
“Bizə ərizə ilə müraciət edən məhbusların böyük əksəriyyəti amnistiyaya düşə bilər”.
Bunu  açıqlamasında İnsan Hüquqları Üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi təşkilata yüzlərlə məhbus ərizə ilə müraciət edib: “Yüzlərlə məhbus amnistiyaya düşmək istəyir. Onların arasında qadınlar və uşaqlar üstünlük təşkil edir. Sadəcə olaraq ərizələrə amnistiyaya düşəcək maddələrə görə baxılacaq”.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibəti ilə bağlı “Amnistiya aktı haqqında” qanun layihəsini Milli Məclisə təqdim edib. Layihə qəbul edilib. Həmin qanun layihəsi 10 min nəfərə şamil olunacaq.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR