Amorim: “Ratkliffin dəstəyini hər gün hiss edirəm”

Amorim: “Ratkliffin dəstəyini hər gün hiss edirəm”
İDMAN
20:49 17.10.2025
91
"Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubun həmtəsisçisi Cim Ratkliffin ona göstərdiyi etimaddan danışıb.

AZXEBER.COM "The Athletic”ə istinadən xəbər verir ki, Ratkliff portuqaliyalı mütəxəssisə üçillik layihə üçün tam dəstək verdiyini bildirib. Amorim isə cavabında deyib:

"O, mənə hər oyundan sonra mesaj yazır. Amma futbol elə sahədir ki, sabah nə olacağını heç kim bilmir. Buna baxmayaraq, bu etimadı hiss etmək çox xoşdur”.

Mütəxəssis həmçinin klub rəhbərliyindəki Omar Berrada və Ceyson Uilkoksun da daim ona güvən göstərdiyini qeyd edib.

"Əsas məsələ növbəti oyundur. Futbolda dəstək yaxşıdır, amma hər həftə qalib gəlməyə hazır olduğumuzu sübut etməliyik,” – deyə Amorim əlavə edib.

Qeyd edək ki, "Mançester Yunayted” Premyer Liqanın növbəti turunda "Liverpul”la qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR