‘Amrahbank’da böyük zərər – Bank bir ildə milyonlar itirdi

İQTİSADİYYAT
14:41 13.06.2016
1975

“Amrahbank” ASC ötən ili 5 milyon 518 min manat zərərlə başa vurub.

Bunu Bankın 2015-ci ildəki fəaliyyətinin yekunları ilə bağlıauditini aparan “Grant Thornton” şirkəti açıqlayıb.

Ötən il “Amrahbank”ın faiz gəlirləri 27 gəlirləri 47 min manat, faiz xərcləri isə 11 milyon 857 min manat olub ki, xalis faiz mənfəəti isə15 milyon 190 minmanata bərabər olub.

Bununla yanaşı, hesabat ilində“Amrahbank”ın haqq və komissiya gəlirləri 1 milyard 803 min manat olub ki, əvvəlkiil ilə müqayisədə 39% azalma deməkdir. Qeyri-faiz xərcləri isə illik müqayisədə54 min manat və ya 10% azalaraq484 min manata enib.

Ötən ilBankın inzibatı və digər əməliyyat xərcləri isə 2014-cü ilə nisbətən 2 milyon 522 min manat yaxud 17,25% artaraq 17 milyon 146 min manata yüksəlib.

Qeyd edək ki, “Amrahbank” 2014-cü ilin yekununda 1 milyon 289 min manat mənfəət əldə etmişdi.

azadlıq.info

OXŞAR XƏBƏRLƏR