Amsterdam hava limanı 700 uçuşu ləğv edib

Amsterdam hava limanı 700 uçuşu ləğv edib
DÜNYA
19:36 07.01.2026
156
Avropada soyuq hava şəraiti səbəbindən ən böyük hava limanlarından biri olan "Amsterdam Schiphol” ən azı 700 uçuşun ləğv edildiyini açıqlayıb.

Bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilib ki, 1000-dən çox sərnişin gecəni "Schiphol”da keçirib. Uçuşların ləğvinin gün ərzində artacağı gözlənilir.

Qeyd edək ki, Avropanın bəzi bölgələrində qar, buz və dondurucu temperatur ciddi problemlər yaradıb. Parisdə Şarl de Qoll hava limanında çərşənbə səhəri təxminən 100 uçuş, Orli hava limanında isə əlavə 40 uçuş qar və soyuq hava səbəbindən ləğv olunub.
 
///apa
OXŞAR XƏBƏRLƏR