Türkiyədə üç gün əvvəl baş verən yanğın xoşagəlməz sonluqla nəticələnib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadə verdiyi xəbərə görə, anası tərəfindən binanın 4-cü mərtəbəsindən atılan 11 yaşlı uşaq, müalicə səbəbiylə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.Belə ki, canlarını xilas etmək üçün, əvvəlcə qızını pəncərədən atan ana, daha sonra özünü atıb. Olduqca ağır xəsarət alan 11 yaşlı qızın, ağciyər və beynində ciddi əzilmələr olub. 3 gün koma vəziyyətində qalan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Ozal İbrahimli