Qızına qarşı zorakılıq edən kişi ilə münaqişəyə gedən ana özü də zorakılığa məruz qaldı
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kocaeli bölgəsində baş verib.
İddialara görə, 14 yaşlı qız bir kişi tərəfindən təcavüzə məruz qalıb. Bu xəbəri eşidən anası qızına təcavüz edən şəxsin yanına gedib.
Həmin şəxs bu dəfə isə qızın anasına təcavüz edib. 3 uşaq anası F.S qeyd edib ki, münaqişə zamanı şəxs ona təcavüz edib:
"Mən onunla münaqişə edərkən mənə də təcavüz etmək istədi, sinəmə əl atdı, qolumu çimdiklədi".
Hadisədən sonra polis bölməsinə gedən qadın həmin kişidən şikayət edib. Evdən çıxarkən belə qorxduqlarını deyən F.S onlara bunu yaşadan şəxsin həbs olunmasını istəyir.
Aydın