Ağcabədi rayonunda 23 yaşlı oğlanın intihar etməsi ilə bağlı araşdırmalar aparılır.
Dünən gecə saatlarında yaşadığı Yuxarı Qiyaməddinli kəndində özünü asaraq həyatına son qoyan 23 yaşlı Şəmistan Cəfərov subay imiş və fərdi əməklə məşğul olurmuş. O, anası ilə birgə yaşayırmış və gecə saatlarında anası Şəmistanın asılı vəziyyətdə qalmış meyitini aşkarlayıb.
Bildirilir ki, Ş.Cəfərovun psixoloji vəziyyəti normal olub. Onun hansı səbbədən həyatına qəsd etməsi hələlik məlum deyil.