ABŞ-ın Oregon əyalətində 25 yaşlı ana sevgilisi ilə birgə dörd yaşlı oğlunu döyərək öldürüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Cesika Dutro adlı ananın və sevgilisi Brain Kanadinin ifadələri, Facebook yazışmalarından və şahidlərin ifadələrindən sonra təfərrüatlar məlum olub.
Məlum olub ki, Dutro Facebook-da sevgilisinə 4 yaşlı oğlunun mavi kimi hərəkət etdiyini və danışdığını, sevgilisinin bununla maraqlanması lazım olduğunu yazıb.
Dutronun 7 yaşlı qızı da ifadəsində anasının və onun sevgilisinin 4 yaşlı qardaşını mütəmadi döydüklərini bildirib.
Tibbi ekspertizanın rəyinə görə, zərbələrdən uşağın bağırsaqları cırılıb və iki gün boyunca iltihab yaranıb. Bundan başqa uşağın bədənində çoxlu qızartılar olub və onun beş qabırğası sınıb.