Ana 5 yaşlı qızını ac saxladı - İşgəncə verdi

Ana 5 yaşlı qızını ac saxladı - İşgəncə verdi
DÜNYA
12:17 28.11.2022
426
Ana 5 yaşlı qızını günlərlə ac saxlayıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 yaşlı uşağa anasının işgəncə verilib, ac saxlaması Türkiyə gündəmini zəbt edib.
 
Belə ki, Türkiyənin Qaziantep vilayətində 5 yaşlı F.Y. adlı qız evdə ac və anası tərəfindən işgəncəyə məruz qalıb. Evə gələn qruplar 5 yaşlı uşağı hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparıblar. Müayinə zamanı uşağın anası tərəfindən işgəncəyə məruz qaldığı bədənindəki izlərdən müəyyən olunub.
 
Kənddə zeytun toplamaq üçün bir neçə gün evdə olmadığını deyən ata Cihan Yıldız evə gələndə uşağını işgəncə halında gördüyünü bildirib.

Ana isə saxlandıqdan sonra aparıldığı məhkəmə tərəfindən həbs edilib.
 
Günel

 
OXŞAR XƏBƏRLƏR