Ana 6 il sonra öldüyü deyilən qızını tapıb.
Ana yanğın zamanı öldüyü deyilən qızını yanağındakı qəmzəsindən tanıyıb.
Luz Cuevas adlı qadın ad günü mərasimində qızına çox bənzəyən uşağı gördükdə onu tanıyıb. O, qızın öz övladı olduğuna inanmaq üçün uşaqdan xəbərsiz saç telini götürərək DNT testi elətdirib.
Və qadın hislərində yanılmayıb. Partidə qəmzəsindən tanıdığı uşaq onun qızı imiş.
Qeyd edək ki, 1997-ci ildə Filadelfiya ştatında evdə baş verən yanğın zamanı Luz Cuevasa 10 yaşlı qızının öldüyü deyilmişdi. Lakin uşağı Luzun qohumu oğurlayıb və iz itirmək üçün belə bir yalandan istifadə edib.
///Milli.Az