Ana 9 yaşlı qızını öldürdü, digər iki qızı da...

Ana 9 yaşlı qızını öldürdü, digər iki qızı da...
DÜNYA
00:05 26.08.2022
1289
Yunanıstanda qan donduran hadisə baş verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanda 33 yaşlı Roula Pispiriqo adlı qadın etdiyi hərəkətlə gündəmdədir. Son 3 ildə 3 qız uşağını itirən Pispiriqonun 9 yaşlı qızı da ölüb. 

Yunanıstan səlahiyyətliləri araşdırmalarını davam etdirərkən məlum olub ki, 33 yaşlı qadın 9 yaşlı qızını zəhərləməzdən əvvəl gülümsəyərək onunla şəkil çəkdirib. 

Digər tərəfdən Pispiriqounun digər iki qızı haqqında da istintaq başladılıb. Qadının 3 yaşlı qızı Malena 2019-cu ildə böyrək çatışmazlığından, 6 aylıq İris isə 2021-ci ildə ürək xəstəliyindən vəfat edib. Məhkəmə tibb mütəxəssisi Qriqoris Leon digər uşaqların cəsədlərindən alınan məlumatlar nəticəsində hər iki ölümün şübhəli olduğunu bildirib.

Korydallos həbsxanasına köçürülən qadınla bağlı istintaq davam edir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR