Ana ayaqyolunda dünyaya gətirdiyi körpəsini unitaza ataraq qaçdı - FOTO
DÜNYA
11:20 31.12.2012
4252
İtaliyanın paytaxtı Roma şəhərində maraqlı hadisə yaşanıb.AZXEBER.COM-un məlumatına görə, Romada yerləşən MC Donald's restoranlarından birinin ayaqyolunda 25-30 yaşlarında qadın, körpəsini dünyaya gətirərək onu unitazın içinə ataraq qaçıb.Yenicə doğulan körpə 9 dəqiqə su ilə dolu unitazda qalıb. Bundan sonra restoranın işçiləri tərəfindən aşkar edilən oğlan uşağının anasının axtarışlarına başlanılıb. Polis təhlükəsiz kameralarının görüntülərini araşdırarkən müəyyənləşdirib ki, körpənin anasının əcnəbi bir vətəndaşdır. Onun İtaliyada əxlaqsız həyat tərzi keçirdiyi bildirilir.Emanuel adı verilən körpə isə xəstəxanaya aparılıb. Həkim uşağın vəziyyətinin yaxşı olduğunu bildirib. Körpə infeksiyaya yoluxmaması üçün ciddi həkim nəzarəti altındadır.