Ana azyaşlı uşağının boynunu cənnətə düşmək üçün kəsdi

SOSİAL
15:21 28.03.2016
3823
Çelyabinsk vilayətində ana 6 yaşlı oğlu cənnətə düşsün deyə onu amansızcasına öldürüb.
İstintaq müəyyənləşdirib ki, martın 27-də Plastovski rayonunun Stepnoe kəndində 39 yaşlı yerli sakin bıçaqla öz oğlunun boyun nahiyəsinə çoxsaylı xəsarət yetirib.
6 yaşlı uşaq aldığı xəsarətlərdən keçinib.
"Qadının sözlərinə görə, gecə oğlunun cənnətə düşməsinin vacib olduğu ilə bağlı səs eşidib. Araşdırma zamanı müəyyən edilib ki, qadın marixuana qəbul edib", - istintaq idarəsindən bildirilib.//modern.az

OXŞAR XƏBƏRLƏR