Ana dərsini oxumayan 6 yaşlı uşağı qamçıladı

MARAQLI
17:15 08.04.2014
1430

Çində ana 6 yaşlı oğluna sözün həqiqi mənasında işgəncə verib.

AZXEBER.COM-un ANS Press-ə istinadən verdiyi xəbərə görə, ana dərsini oxumayan Xiao Bing adlı oğlunu qamçı ilə möhkəm döyüb. Nəticədə uşağın kürəyi qamçıdan qançır olub.Hər şey isə uşağın müəlliminin hadisədən xəbər tutması ilə üzə çıxıb. Belə ki, müəllim dərhal bu barədə polisə xəbər verib.Qəddar ana polisdən qaçsa da daha sonra tapılaraq saxlanılıb. Qadın ifadəsində uşağın çox dəcəl olduğunu, dərslərini hazırlamadığı üçün ona “dərs” verdiyini bildirib. Qadın həmçinin bir daha uşağını döyməyəcəyinə dair polisə söz verib.Müəllimi isə uşağın telefonla çəkilmiş şəklini sosial şəbəkələrdə paylaşıb.

OXŞAR XƏBƏRLƏR