Ana "facebook"da tanış olduğu oğlana lüt şəkillərini göndərdiyi üçün qızını kəmərlə döydü- VIDEO

DÜNYA
18:12 26.04.2014
9910
"Onun 12 yaşı olsa da, özünü böyük sayır, qadın hesab edir. Əxlaqsız davranıb, mən də onu cəzalandırmışam. Özümü haqsız saymıram. Sadəcə, qızımı tərbiyələndirməyə çalışmışam".
 
Helen Bartlett YouTube-da "populyarlaşıb", daha sonra isə onun barəsində cinayət işi qaldırılıb.
Trinidad və Tobaqoda yaşayan, 4 övladını təkbaşına böyüdən ana haqlı davrandığını deyir.
Onu "məşhurlaşdıran" isə 12 yaşlı qızını kəmərlə döydüyü anların videoya çəkilərək yayılmasıdır.
 
6 dəqiqəlik videoda Helen Bartlett 12 yaşlı qızının üstünə qışqırır, söyür, kəmərlə döyür. Qız isə anasına yalvarır, ağlayır, hıçqırır.
Videonu döyülən qızın böyük bacısı çəkib.
 
Ponyt Fortin şəhərinin sakini olan Helen Bartlettin dediyinə görə, 12 yaşlı qızının Facebook-da yaşıdı olan oğlanla yazışdığıın görüb.
Oğlan Helenin qızını tovlayır, onu cinsi əlaqəyə sövq etmək istəyirdi.
Qız da alt paltarında çəkdiyi fotolarını oğlana yollamışdı.
 
Bundan Helen Bartlett xəbər tutanda mərəkə qopub.
 
"Qızım o qədər tərbiyəsizləşib ki, açıq-saçıq fotolarını Facebook-da yayır. Polisdə işləyən ərim bizi atıb gedəndən sonra dörd uşağımı təkbaşına böyüdürəm. Bunun nə qədər çətin olduğunu, yəqin ki, anlayırsınız. 12 yaşlı qızım isə son vaxtlar ipə-sapa yatmır. Məktəbdən müəllimlər zəng vurur, qızımın dərslərdən yayındığını, hansısa tərbiyəsizlərə qoşulduğunu deyirlər. Onu tərbiyələndirmək çətindir. Qızımın bu əməllərinin qarşısını almalıydım. Yoxsa onun belə hərəkətlərinin iki sonu var: ya qızım günlərin birində evə gələrək hamilə olduğunu deyəcək, ya da onu öldürüb küçənin kənarına atacaqlar", - Helen Bartlett deyib.
 
Helenin 12 yaşlı qızını döydüyü zaman çəkilmiş 6 dəqiqəlik video internetdə yayılandan sonra böyük qalmaqal yaranıb.
Trinidad və Tobaqonun Təhsil və Daxili İşlər nazirlikləri araşdırmalara başlayıblar.
 
İnternetdəki müzakirələrdə isə bəziləri Helen Bartlettə haqq qazandırır, bəziləri isə onun cəzalandırılmasını tələb edirlər.
 
Yerli radiostansiyada müsahibə verən Helen Bartlettin sözlərinə görə, yaxşı ana olmaq istəyir: "Tək məqsədim balalarımı normal böyütməkdir. 12 yaşlı qızımı tərbiyəsizlərdən, onu yoldan çıxarmaq istəyən adamlardan qorumaq istəyirəm.
Onun hamilə qalmasını və ya başına daha pis iş gəlməsini istəmirəm. Sabiq ərim də bizə əsla yardım etmir. Qızımı sevirəm və əgər onu döyməyim cinayət sayılırsa, əməlimə görə həbsxanaya yollanmağa hazıram".
 
Helenin böyük qızı isə söyləyib: "Bizi anamız böyüdür, atamız maraqlanmır. Qardaşım da küçə uşaqlarına qoşulub, anam onun öhdəsindən gələ bilmir. Balaca bacımın döyülməsini normal sayıram. Qoy ona dərs olsun".(milli.az)
OXŞAR XƏBƏRLƏR