Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Ankara şəhərində ana iki övladını öldürüb, polisə təslim olub.
Lütfiye Anver adlı qadın 8 və 5 yaşlı qızlarını öldürdükdən sonra cəsədlərinin yanında polisləri gözləyib.
Qadın uşaqlardan birini bıçaqla, digərini isə boğaraq öldürüb.
Deyilənə görə, qadının psixoloji problemləri olub.