Ana iki kiçik qızını doğradı - FOTOLAR

DÜNYA
10:26 21.11.2015
8410

"Bu cinayət dəhşətlidir. Nə deyəcəyimizi bilmirik".

Britaniya telekanalları dünən kriminal hadisələr xronikasında bu ifadəni təkrarlayıblar.

Səbəb isə 24 yaşlı ananın iki azyaşlı qızını vəhşicəsinə öldürməsidir.

İngiltərənin Qərbi Yorkşir qraflığındakı Bredford şəhərinin sakini, 24 yaşlı Samira Lupidi qızlarını - 3 yaşlı Evelini  və 1 yaşlı Jasmini xüsusi amansızlıqla öldürüb.

Polisdən verilən məlumata görə, S.Lupidi qızlarını vurub yerə yıxandan sonra onlara bıçaqla dəfələrlə zərbələr endirib.

Hazırda ruhi pozuntu vəziyyətində olan S.Lupidi istintaqın suallarını cavablamır, sürəkli susur, ağlayır, qışqırır.

Əslən italyan Samira Lupidinin vəkili Elison Toddun sözlərinə görə, onun müvəkkili ruhi sapıntı durumunda, dəlilik astanasındadır.

S.Lupidinin əri, 31 yaşlı Karl Uiver reportyorların heç bir sualına cavab vermir. Onun ağır depressiyada olduğu deyilir. (milli.az)

OXŞAR XƏBƏRLƏR