Ana ilə 8 aylıq qızı dəm qazından zəhərləndi

SOSİAL
16:09 24.03.2016
2037
Bakı şəhərində dəm qazından ölüm hadisəsi baş verib.
Məlumata görə, hadisə martın 18-də paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, 22 yaşlı Aysel Əsədova rayonun R.Allahverdiyev küçəsində yerləşən evində 8 alıq qızı Jasmin Əsədova ilə birgə dəm qazından zəhərlənib. Daha sonra qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, onun vəziyyəti ağır olaraq qalır. Lakin A.Əsədovanın 8 alıq qızı dəm qazından zənərlənərək vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Report.az

OXŞAR XƏBƏRLƏR