Ana körpəsini beşik yerinə sobaya qoydu: Dəhşətli olay

Ana körpəsini beşik yerinə sobaya qoydu: Dəhşətli olay
DÜNYA
11:13 12.02.2024
139
ABŞ-də 26 yaşlı Mariah Thomas adlı qadın körpəsini beşiyi əvəzinə sobada yatırıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, psixoloji problemləri olan ananın təsadüfən belə hadisəni törətdiyi vurğulanıb.

Kanzas əyalətindəki polis qrupları körpənin nəfəs almadığı xəbərini aldıqdan sonra hadisə yerinə gedib.

Evə çatan qruplar körpəni ölü tapıblar. 

Bundan əlavə, polis ölü tapdıqları körpənin üzərində yanıqların olduğunu və paltarlarının yandığını görüb.

Hadisə ilə bağlı araşdırmalara başlayan qruplar körpənin 26 yaşlı anası Mariah Thomasın onu yatmaq üçün beşiyi yerinə səhvən sobaya qoyduğunu müəyyən ediblər.

Psixoloji problemləri olduğu iddia edilən Thomasın dostu da faciədə ananın psixi sağlamlığının rol oynadığını bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR