Ana körpəsinin ardınca özünü 3-cü mərtəbədən atdı – FOTO- VİDEO

DÜNYA
13:21 17.01.2014
5940

Ana reanimasiyaya aparılan oğlunun üzündəki örtünü qaldırıb bir daha körpəsinə baxdığı səhnə görənləri sarsıtdı.

İstanbulun Söğütaltı məhəlləsində 4 mərtəbəli binanın 3-cü qatında, otağında oynayan 2 yaşlı Aras Özbek açıq qalan pencərədən baxmaq istərkən aşağı düşüb.Oğlunun düşdüyünü görən 26 yaşlı ana - Aylin Özbek panika halında oğlunun arxasınca tullanıb.Hadisənin şahidləri beton döşəməyə düşən ana və oğulu xilas etmək üçün 112 Acil Yardım tərəfindən Ordu Dövlət Xəstəxanasına çatdırılıb.Hadisəni görənlər uşağın ardınca ananın pəncərədən atlandığını söyləyirlər. Ana ağır xəsarətlər almasa da, uşağın vəziyyəti yaxşı deyil. Aras rentgen çəkimindən sonra reanimasiya götürülüb və 72 saat orada qalacağı bildirilir. Ananın reanimasiyaya aparılan oğlunun üzündəki örtünü qaldırıb körpəsinə baxması görənləri sarsıtdı.(ans press)
 

OXŞAR XƏBƏRLƏR