ABŞ-da 164 ölkə arasında aparılan bir araşdırmaya görə, dünyada ana olmaq üçün ən yaxşı ölkə Norveç, ən qorxulu ölkə isə, Əfqanıstan olub.
'Save the Children'adlı qurumun hazırladığı araşdırmada, inkişaf etmiş ölkələr arasında Avstraliya ikinci, İslandiya üçüncü, ABŞ isə 31-ci sırada yer alıb. Siyahıda Fransa 10-cu, Almaniya 11-ci, İngiltərə 13-cü, Yunanıstan 19-cu, Rusiya isə 38-inci sıranı tutub.