Ana olmaq üçün siqareti tərgitdi – FOTOLAR

MAQAZİN
18:03 25.11.2014
1977

Müğənni Emma Ələkbərzadə “İncə+” verilişində maraqlı açıqlamalar verib.Sənətçi ana olmaq üçün siqareti tərgidib:

“İçki qəbul etmirəm. Bir vaxtlar içmişəm. Amma alkoqol asılılığında olmamışam. Hərdən bir badə şərab içmişəm. 2008-ci ildən pəhrizdəyəm. Artıq içkinin iyi belə mənə təsir edir. Siqaret də çəkirdim. 4 aydır tərgitmişəm”.

E.Ələkbərzadə aparıcının “Ana olmaq lazımdır, pis vərdişlərdən uzaq durun” sözlərinə belə cavab verib:

“Səbr edirəm, dözürəm. Allah kömək olur. İnşallah, ana da olacağam”.//Axşam.az

OXŞAR XƏBƏRLƏR