Övladını vəhşicəsinə qətlə yetirən ana hakim qarşısına çıxarılıb.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, azyaşlı oğlunu işgəncə verərək öldürən 20 yaşlı Rhionna Nichols-un məhkəməsi keçirilib.
Rhionna Nichols adlı qadın televizoru söndürdüyünə görə oğlu Viston Stevenson-u döyərək öldürüb. Hadisə ABŞ-ın İllinoys ştatının Detroit qəsəbəsində baş verib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya gətirilən zaman bütün sümükləri qırılmış vəziyyətdə olub.
Azyaşlının və təqsirkarın fotolarını təqdim edirik: