İsveçdəki Monaş və Uppsala universitetlərinin alimləri ana qarğışının insanın başına bəlalar gətirə biləcəyini təsdiqləyən nəticələr əldə ediblər. Belə ki, ana qarğışı ilə mitoxondriyada genetik mutasiyalarla bağlı olan kişi sonsuzluğu arasında əlaqələrn tapılıb.
Araşdırmalar zamanı alimlər beş ölkədən olan meyvə milçəklərinin mitoxondrial DNT-ni ayıraraq identik nüvə genomlarına malik milçəklərə köçürüblər. Dişi milçəklərdə mitoxondrial genomların dəyişməsi yalnız 7 genə təsir edib. Erkək milçəklərdə isə 1172 gendə dəyişikliklər yaranıb ki, onların arasında 300 gen bilavasitə nəsilartırma funksiyalarnı ilə bağlı olub.
Meyvə milçəklərinin genomu insan genomuna çox bənzədiyindən eynən belə mutasiya kişilərdə sonsuzluqla bağlı ola bilər.
Bütün canlılarda bir yerdə fəaliyyət göstərən, amma fərqli şəkildə irsi ötürülən nüvə və mitoxondrial genom var.
Nüvə genomu valideynlərdən, mitoxondrial genom isə anadan keçir.
Nəticədə anadan oğula ötürülən mitoxondrial genom təkamül dalanında qalır. Lakin kişi sonradan səhhətində fəsadlar yarada biləcək mitoxondrial gen dəyişiklikləri ala bilər.
Alimlər məhz bunu "ana qarğışı" adlandırırlar.
//milli.az