Ana siqaret çəkərkən beşiyi yandırdı - Körpə xəstəxanalıq oldu

Ana siqaret çəkərkən beşiyi yandırdı - Körpə xəstəxanalıq oldu
DÜNYA
22:40 14.07.2018
6064

Rusiyanın Tambov şəhərində ananın çəkdiyi siqaret 2 aylıq uşağın beşiyini yandırıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, körpə bədəninin 12 faiz yanığı ilə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, 19 yaşlı ana söndürülməmiş siqaretlə beşiyə yaxınlaşıb. Nəticədə siqaretin külü beşiyə düşüb və yanğın başlayıb.

Uşağın vəziyyəti orta ağır olaraq dəyərləndirilir. Hadisə ilə bağlı araşdırma başlayıb.

OXŞAR XƏBƏRLƏR