ABŞ-da baş verən dəhşətli olayda yalnız ata və 11 yaşlı qızı sağ qalıb
Amerika Birləşmiş Ştatlarının Kentukki ştatında dəhşətli yanğın hadisəsi baş verib. Ştatın Depoy şəhərində fərdi yaşayış evində baş verən yanğın nəticəsində ana və onun 8 uşağı diri-diri yanıb.ANS PRESS-in məlumata görə, 35 yaşlı qadın 15, 14, 13, 9 və 8 yaşlı övladları, eləcə də 4 yaşlı əkiz oğlanları ilə birlikdə yanan evdən çıxa bilməyib. Dəhşətli olayda yalnız ev sahibi, 36 yaşlı ata və onun 11 yaşlı qızı xilas ola bilib.Polisin məlumatına görə, yanan evin dam örtüyü ana və övladlarının yatdığı otağın üstünə düşüb. Yanğının qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.