Rusiyalı ailə yeni doğulan körpəsinin daun sindromlu olduğunu öyrənəndə təccüblərini gizlədə bilməyib.
AZXEBER.COM Rusiya mətbuatına əsasən xəbər verir ki, körpəyə dünyaya gəlməsindən 1 dəqiqə 39 saniyə sonra bu diaqnoz qoyulub.
33 yaşlı ata Yevgeni Anisimov elə həmin gecə Daun sindromu ilə bağlı dərin araşdırmalara başlayıb.
Atalıq instinkti ilə oğlunu heç vaxt tək buraxmaq istəməyən Yevgeninin həyat yoldaşı vəziyyətlə ayaqlaşa bilməyəcəyini deyərək ondan boşanıb.
Yevgeni oğlu Mişanı tək böyüdüb.
Yaşadığı çətin prosesdə oxşar vəziyyətdə olan ailələrə ümid vermək istəyən Yevgeni öz hekayəsini paylaşaraq belə ailələrə ilham vermək niyyətində olduğunu deyib.
Aysel