ABŞ-da yeni ana olan qadın vaxtından öncə dünyaya gələn körpəsi üçün maraqlı üsula əl atıb.
AZXEBER.COM Xarici KİV-ə istinadən xəbər verir ki, Mikah Duncan adlı qadın ana olduqdan sonra öz südünü sağmağa başlayıb. Buna səbəb körpənin ağzının çox balaca olması olub. Həkimlərin məsləhəti ilə qadın sağdığı südü qablara dolduraraq körpəyə verib. Ancaq bir müddət sonra Mikah bədənində normaldan daha çox südün yığıldığının fərqinə varıb.
Qadın şiddətli ağrıların olduğu üçün hər gün özündən müntəzəm süd çəkdiyini söyləyib. Nəticə isə görənləri şoka salıb. Belə ki, qadın qısa zaman ərzində özündən 59 litr süd sağıb.
Mikah öz südünü qablaşdıraraq ana südündən məhrum olunan körpələrə bağışlayıb.