Şabran rayonunun Mollakamallı kəndində 1967-ci il təvəllüdlü Səadət Kərimova və qızı 1992-ci il təvəllüdlü Sədaqət Kərimovanın bıçaqlanmasının bəzi təfərrüatı məlum olub.
Sədaqət Kərimova bıçaqla özünə qəsd etmək istəyib. Hadisə zamanı ona müdaxilə etmək istəyən anası, Səadət Kərimova və qızı bıçaq yaraları alıblar.
Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri qənaətbəxşdir.
Yerli sakinlərin verdiyi məlumata görə, Sədaqət Kərimova ailəsindən boşanıb və psixoloji problemləri var.
///Lent.az