“Anadolu Qartalı - 2023” beynəlxalq təliminin açılış mərasimi keçirilib - VİDEO

“Anadolu Qartalı - 2023” beynəlxalq təliminin açılış mərasimi keçirilib - VİDEO
SİYASƏT
17:18 27.04.2023
254
Aprelin 27-də Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə iştirakçılara təlimin məqsədi və keçiriləcəyi ərazi barədə brifinqlər təqdim olunub.

Sonra təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı iştirakçılara xəritə üzərində məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur.
 

OXŞAR XƏBƏRLƏR