AZXEBER.COM "axşam.az”a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva "Açıq söhbət" proqramında deyib. Aktrisa indiki sevgilərə inanmamasından danıışıb:
"Həyat yoldaşım mənə limonad, sosiska alırdısa, sevinirdim. İndikilər brilliant, maşın, ev alırlar, amma o sevgi deyil. Boşanmaların səbəbi haqda o qədər danışmaq olar ki... İndi oğlanlarda da, qızlarda da boşluqdur. Qayınana qız alır oğluna, gedir evini satır. O vaxtın qayınanaları zalım idi. Deyirdilər, gəlinin nə ixtiyarı var məndən sonra oyansın. İndikilər deyir, yatsın. Gəlinlərin tələbi çoxdur. Fəhləyə gedir, deyir, məni təmin etməlidir. Axı sən milyonşuya yox, maaşa baxana getmisən. Ana da çıxır ki, hər şey edəcəm, qızım bəxtəvər olsun. Bəs ana istəyir, oğlu bədbəxt olsun? Bununla da ana qızının evini yıxır.
İndi qızlar ağılla ərə gedir, hiss yoxdur. Ona görə də boşanırlar. Onlara ərə getmək lazımdır. Özbaşına hərəkət etmək olmaz. Adam abır-həya ilə yaşamalıdır".
"İndi dəb düşüb, qadınlar kişiləşir? Niyə? Allah səni qadın, səni də kişi yaradıb. Baxıram ki, bu kişi niyə belə yeriyir? Əvvəl də olub, amma gizli. indi açıq yaşanır. Deyir, əcəb edirəm. Allah məsləhət bilsəydi, bu oğlanı qadın yaradardı. Onlar camaatın balasını da korlayırlar. Olmaz... Deyirlər, avropalaşırıq. Mən türkəm, aləmi dağıdaram. Bu, Allaha qarşı çıxmaq deməkdir" deyə, G.Baxşıyeva əlavə edib.